AZ

Qvardiola "Liverpul"a heyrandır

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın əzəli rəqiblərindən olan “Liverpul” haqda danışıb.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, “Liverpul”a heyran olduğunu bildirib:

“Bu mövsüm nəticələri nə olur olsun, mən “Liverpul”a heyranam. Bu komanda 6-7 ildir bizə qarşı çıxan əsl rəqibdir. Komandanın kuboku qaldırıb-qaldırmamasını mühakimə etmirəm. Mövsümdən sonra çoxlu sayda oyundan danışırıq. Onlar hələ də kuboklara yaxındırlar”.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 32 turundan sonra 73 xalla lider, “Liverpul” 71 xalla 3-cü yerdədir.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla