AZ

Bakıda Dünya kubokunda lider dəyişikliyi - Raffaeli zirvədə

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, ikinci yarış gününün ilk sessiyası başa çatıb.

Çoxnövçülükdə lider dəyişib. İtaliyalı dünya çempionu Sofiya Raffaeli zirvəni ələ keçirib. Onun aktivində 130,700 xal var.

Ukraynalı Taisiya Onofriyçuk 130,350 xalla ikinci sırada qərarlaşıb. İlk “üçıüy”ü neytral statusla çıxış edən Alina Xarnasko qapayır – 126,600 xal.

Qeyd edək ki, Azərbaycan gimnastları Zöhrə Ağamirova və Kamilə Seyidzadə növbəti sessiyada çıxış edəcəklər.

İdman.biz

Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla