AZ

Ermənistanın dörd kəndi qaytarması Azərbaycanın diplomatik qələbəsi oldu - Pakistanlı ekspert

Bakı. Trend:

Ermənistanın dörd kəndi Azərbaycana qaytarması uzun müddətgözlənilən tarixi hadisə və Azərbaycanın diplomatik qələbəsioldu.

Bu barədə Trend-ə "Ortaq Gələcəyə Malik İcma" Pakistan AraşdırmaMərkəzinin (PRCCSF) icraçı direktoru Xalid Taymur Əkrəm deyib.

"Ermənistan və Azərbaycan arasındakı razılaşmaya əsasən,Ermənistanın daha əvvəl işğal etdiyi dörd kəndi qaytarması CənubiQafqazda sülh üçün tarixi hadisə oldu. Bu nailiyyət Prezident İlhamƏliyevin uzaqgörən və praqmatik xarici siyasi yanaşmasınınsübutudur", - o deyib.

Onun sözlərinə görə, 1991-ci il tarixli Almatı bəyannaməsiəsasında sərhədlərin delimitasiya prosesinin keçirilməsi barədərazılaşma sayəsində hər iki tərəf regionda dayanıqlı inkişafa yolaçacaq və gələcək əməkdaşlıq və etimad möhkəmləndirmə tədbirlərinintəməlini təşkil edəcək danışıqların əsasını qoyub.

"Azərbaycanın konstruktiv dialoqa daima hazır olması ölkəninmünaqişələrin sülh yolu ilə həllinə sadiqliyini vurğulayır vəbununla, Cənubi Qafqaz regionunda əməkdaşlıq, sabitlik vətəhlükəsizliyə imkan yaradır", - deyə Xalid Taymur Əkrəm əlavəedib.

Ekspert qeyd edib ki, Ermənistan davamlı sülhə nail olmaq üçünkonstruktiv qarşılıqlı fəaliyyətə və qarşılıqlı hörmətə sadiqliknümayiş etdirməlidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
49
4
Mənbələr
Şərh ()
Bağla