“Cavanşir müəllimin vəfat xəbərini sizdən eşidirəm. Adamın bilmirsən, üzü necədi, içi necədi. Mən çəkilişdə olduğum üçün hadisədən xəbərsiz idim. Çox təəssüf edirəm”.
Bunu Bakupost.az -a açıqlaması zamanı aktyor, aparıcı Elçin Məmiyev deyib.
O, Cavanşir Məmmədovla üç gün öncə görüşdüklərini bildirib:
“Üç gün öncə görüşdük, söhbətimiz oldu. O, rəngli, zövqlü geyinməyi, bahalı maşın sürməyi sevirdi, şöhrətpərəst idi. Çəkilişə dəvət edirdim və dedim ki, o cür də geyinsin. Bizim MTV kanalında “Toylar kralı” adlı müsabiqədə münsif idi. Adamın "Allah rəhmət eləsin" deməyə dili gəlmir”.
Vasif Əlihüseyn