AZ

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

22-27 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək. Bu tədbir dost və qardaş qırğız xalqının zəngin mədəni irsinin Azərbaycanda təbliği baxımından əhəmiyyətli hadisədir.

Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan-Qırğızıstan münasibətləri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr kontekstində ildən-ilə dərinləşir:

"Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri ilə ölkələrimiz arasında siyasi-iqtisadi sahədə olduğu kimi, mədəniyyət əlaqələr dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adamlarının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri həyata keçirilir.

Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, Qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır".

Seçilən
25
7
Mənbələr
Şərh ()
Bağla