AZ

Ərdoğanın İraq səfəri: 12 ildən sonra nələr dəyişəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa gedir. Bununla da iki ölkə arasındakı münasibətlərin fərqli səviyyəyə daşınacağı gözlənilir.

Ulusal.az xəbər verir ki, Ərdoğanın İraqa səfəri zamanı müzakirə olunan əsas mövzular Yaxın Şərqdəki qaynar gündəm və terrorla mübarizə kimi çox mühüm məsələlərdir.

Aprelin 22-nə planlaşdırılan səfər 12 ildən sonra ilk dəfə həyata keçiriləcək. Çünki prezident Ərdoğan sonuncu dəfə baş nazir olduğu dövrdə İraqa gedib.

Ərdoğan açıqlamasında bu səfərlə Türkiyə və İraq əlaqələrində fərqli əsasların yaranacığını deyib:

“Səfərimizin ən mühüm gündəm məsələlərindən biri də su məsələsidir. Onların bizdən su ilə bağlı bəzi tələbləri var idi, biz bu məsələlərin üzərində işləyirik. Biz onlarla bu məsələni həll etməyə çalışacağıq. Bağdada səfərimizdən sonra qayıdarkən Ərbilə baş çəkə və oradakı rəsmilərlə görüşə bilərik”.

Onun İraqa səfəri zamanı mühüm ticarət sazişlərinin də imzalanması gözlənilir. Ticarət naziri Ömər Bolat, prezident Ərdoğanın səfəri zamanı “İnkişaf Yolu Layihəsi”nin tamamlanmasıyla İraqla yaxın müddətdə 15 milyard dollar, 2030-cu ildə isə 20 milyard dollarlıq ixracat hədəfləndiyini deyib.publika.az

Seçilən
31
12
Mənbələr
Şərh ()
Bağla