AZ

Salah qərarını verdi: “Liverpul”, yoxsa...

“Liverpul”un hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində klubu tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin məlumatına görə, 31 yaşlı misirli Yurgen Kloppun gedişindən sonra klubu tərk etmək niyyətindədir. Daha əvvəl almaniyalı mütəxəssis mövsüm bitdikdən sonra “Liverpul”u tərk edəcəyini açıqlamışdı.

Salah üçün əsas namizəd 200 milyon funt-sterlinq xərcləməyə hazır olan “Əl-İttihad” hesab olunur.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla