AZ

“Xəzri”, yoxsa “Neftçi”?

Xəbər verdiyimiz kimi, basketbol üzrə ölkə kubokunda finalçılar bəllidi.

“Xəzri” yarımfinalda “NTD-İndiqo”ya, “Neftçi” isə “Sərhədçi”yə qalib gəlib. Bu gün saat 15.00-da başlayacaq həlledici oyunu “İdman” TV canlı yayınlayacaq. “Football-plus.az” olaraq, hər iki komandanın aparaıcı basketbolçularıyla əlaqə saxlayaraq, fikirlərini öyrəndik.

Amil Həmzəyev (Xəzri):
“Rəqibimizin “Neftçi” olacağını öncədən təxmin edirdik. “Sərhədçi” ilə yarımfinalın favoriti hesab olunurdular. Düşündüyümüz kimi də oldu. Qrup mərhələsində “Neftçi” ilə qarşılaşmışdıq. Həmin görüşdə onlar qalib gəlmişdi. Lakin matçda mən və digər amerikalı oyunçumuz zədə səbəbindən iştirak edə bilməmişdi. Həmin oyuna ciddi yanaşmamışdıq. Çünki artıq yarımfinalı təmin etmişdik. Düşünürəm ki, final tam fərqli olacaq. İnşallah, əlimizdən gələn qədər çalışacağıq ki, qalib gələk. Əlbəttə, asan rəqib deyil. Lakin biz də asan komanda deyilik. Əvvəlcə kuboku qazanmaq, daha sonra çempion olmaq istəyirik. Uzun müddət idi liqada 1-ci yerdə qərarlaşmışdıq. Ancaq zədələr səbəbindən gerilədik, hazırda 3-cü pillədəyik. Pley-off mayın əvvəlində başlayacaq. Kubokda qalib gəlib, aldığımız motivasiya ilə orda da yaxşı nəticə vermək istəyirik”.


Ulaş Turqut (Neftçi):
“Hədəfimiz həm kuboku qazanmaq, həm də çempion olmaqdı. “Xəzri” ilə daha öncə də kubokda qarşılaşmışıq. Həmin görüş bizim qələbəmizlə yekunlaşdı. İndi yenə oyuna fokslanıb, qalib gəlmək istəyirik. Finalda kuboku qazanan tərəfin biz olacağına inanıram”.


GÜNAY SÜLEYMANOVA
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla