AZ

Tətildən sonra işə adaptasiya olunmağın çətinlikləri

Tətildən sonra işə necə uyğunlaşmaq olar? 

Bir çox insanlarda tətil və bayram günlərindən sonra işə başlamaq   narahatlıq əlamətləri ilə müşayiət olunur. Bunlara yuxusuzluq, enerji itkisi, əsəbilik, diqqətisizlik, depressiya və s əlamətlər aiddir. 

Psixoloqlar bildirirlər ki, mütəmadi olaraq belə hallarla üzləşən insanlar  tətilin  bitməsinə bir neçə gün qalmış özlərini  işə getməyə hazırlamalıdırlar. 

Tətil  günlərində insanlar zamanını alış-verişə getməklə, yaxınları və dostları ilə tez-tez görüşlər təşkil etməklə keçirir. Və birdən iş günləri başlayanda bütün bunlar arxa plana keçir. Mütəxəsislər bildirirlər ki, yeni iş həftəsində  ən effektli üsullardan biri  planlamadan istifadə etməkdir. Plan hazırlayarkən ilk öncə asan işlərdən başlamaq, daha məsuliyyətli və böyük işləri sonda yerinə yetirmək məqsədəuyğun sayılır. Tətildən sonra ilk günlərinin uğurlu keçməsi üçün əsas məqamlardan biri iş zamanı  fasilələrin verilməsidir. Psixoloq İlhamə Mustafayeva "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki,  insan tətildə də müəyyən işlər görür və  enerji sərf edir: "İnsanlar çox zaman yaşaya bilmədikləri anlarını  gələcəyə bağlayırlar. Və bununla da müxtəlif  düşüncələrlə  özümüzü anlıq xoşbəxtliklərdən məhrum edirik. Odur ki, biz ən birinci işə olan  münasibətimizi dəyişməliyik. İşdəki gözəl və xoş məqamlara da nəzər salmalıyıq ki, iş haqqındakı neqativ inancları yox edə bilək. Eyni zamanda  ən azı həftədə bir dəfə bədənimizə və ruhumuza müsbət  təsir edən yerlərə getməli və yaxud xoş olan  nələrləsə məşğul olmalıyıq ki, iş həyatı bizə yorucu gəlməsin".

Mütəxəssislər onu da bildirirlər ki, bir həftədən çox olan tətillərdən sonra işə adaptasiya olmaq 3 gün davam edir. Aparılan araşdırmalara görə 

hər 10 nəfərdən 6-sı tətildən sonra işə gəlməkdə çətinlik çəkir. İşə təzə başlayanlara ilk günlərində  adaptasiya olmaq  üçün  bütün gün işləməmək, ara-sıra gəzmək məsləhət görülür. Bayramdan sonra ən çox müşahidə olunan hallardan biri də yuxusuzluqdur ki, bu da baş ağrısı, həzm sistemi problemləri, oynaq ağrısı,  dözümsüzlük, qəzəb və istəksizlik kimi problemlərə gətirib çıxarır.

Havar Şəfiyeva

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla