AZ

Avroliqada yeni rekord

2023/2024 mövsümündə basketbol üzrə Avroliqa oyunlarında orta tamaşaçı sayı keçən illə müqayisədə 18% artaraq yeni rekorda çatıb.

Avroliqanın rəsmi məlumatına görə, 2023/2024 mövsümündə çempionatın bütün 34 turu üçün matçlarda orta hesabla 10 383-ə yaxın azarkeş iştirak edib ki, bu da rekord göstəricidir. Ötən il bu rəqəm 8748 azarkeş olub.

Bundan əlavə, altı klub öz oyunları üçün demək olar ki, biletlərin 90%-dən çoxunu sata bilib. Bunlar “Partizan” (99%), “Jalgiris” (96%), “Bayern” (95%), “Olimpiakos” (94%), ASVEL (94%) və “Virtus Bolonya”dır (90%).

Mövsüm ərzində yeddi klub hər oyuna orta hesabla 10.000-dən çox tamaşaçı toplaya bilib. Bütün oyunlara gələn tamaşaçı sayı ümumilikdə 3.000.841-ə çatıb. Bu əvvəlki mövsümlə müqayisədə 300.000 azarkeş artımı deməkdir.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla