AZ

Məşhur müğənni pərəstişkarlarını şoka saldı

Məşhur amerikalı müğənni Taylor Swift bir gündə iki albom çıxararaq pərəstişkarlarını şoka salıb.

News24.az xəbər verir ki, Svift ötən gecə "The Tortured Poets Department" adlı 16 mahnıdan ibarət albomunu təqdim edib.

saat sonra daha bir sürpriz edən 34 yaşlı müğənni ikili albomun gəldiyini açıqladı. "The Tortured Poets Department" adlı 15 mahnıdan ibarət ikinci albomunu çıxarıb.

Müğənni yeni albomunda keçmiş sevgililəri Joe Alwyn və Matty Healy ilə münasibətlərinə istinad edib. Albom çıxdığı andan həöm bütün musiqi platformalarının, həm də sosial media gündəminin də başında olub. Fanatlar mahnılar haqqında öz şərhlərini paylaşmağa və nəzəriyyələr irəli sürməyə başlayıblar.

Günel Məlikzadə


Seçilən
98
Mənbələr
Şərh ()
Bağla