AZ

“Qarabağ”dakı imtinanın gerçək səbəbi bilindi

“Qarabağ” son iki Premyer Liqa matçında yalnız “İmarət” azarkeş qrupunun dəstəyinə bel bağlamalı olub.

Buna səbəb komandanın digər azarkeş qrupu “Qarabağ Ordu”nun “atlılar”ın matçlarını boykot etməsidir.

İddialar var ki, azarkeş qrupunun atdığı addıma səbəb klubun onları ev oyunlarında qərarlaşdıqları ənənəvi sektora buraxmaması olub.

Amma fanklubdan redaksiyamıza bildirilib ki, boykot qərarının klubla əlaqəsi yoxdur.

Tərəfdarların narazılığına “Səbail”lə ev oyununda arenanın mühafizə xidmətinin davranışı olub.

Belə ki, qrup üzvləri əllərində bilet olduğu halda istədkiləri sektora buraxılmayıblar.

Problem artıq öz həllini tapıb.

Növbəti oyunlardan Ağdam təmsilçisinin ilk azarkeş qrupu olan “Qarabağ Ordu” stadionda öz yerini alacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla