AZ

10 noyabr bəyanatının “görünməz bəndlər”i – Erməni generaldan iddia

Dörd kəndin Azərbaycana qaytarılması hələ 2020-ci ildə 10 noyabr bəyanatı çərçivəsində razılaşdırılmışdı.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi general Movses Akopyan deyib.

“10 noyabr sənədinə baxın, orada hər şey yazılıb, nə yazılıbsa, bir-bir olacaq”, - general bildirib.

Akopyan prosesin 10 noyabr bəyanatının 5-ci bəndinə uyğun getdiyini söyləyib. O, sərhədin delimitasiya və demarkasiyasının da bu istiqamətdə (Tavuş) başlayacağını qeyd edib.

10 noyabr bəyanatının ilkin versiyasında kəndlərin qaytarılması məsələsi açıq formada göstərilmişdi. Erməni mətbuatı yazır ki, sonradan bu bənd çıxarılsa da, görünür tərəflər arasında açıqlanmamış razılaşma olub. İndi bunun icrasına başlanılıb.

Azərbaycan və Ermənistan sərhəd komissiyalarının dünənki iclasında Qızılhacılı, Bağanıs Ayrım, Xeyrimli və Yuxarı Əskipara kəndlərinin ölkəmizə qaytarılması razılaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla