AZ

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.
 

Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilib.


Bu təşəbbüs çoxdilliliyi və mədəni müxtəlifliyi qeyd etmək və BMT-də altı rəsmi dildən bərabər istifadəni təşviq etmək məqsədi daşıyır. Bu əlamətdar gün insanların Çin mədəniyyətini anlamaq üçün bir pəncərəyə çevrilib. Hər il Çin Dili Günü ərəfəsində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında incəsənət sərgiləri, Çini öyrənmə forumları, xüsusi mühazirələr, moda və ənənəvi opera sərgiləri və s. əhatə edən bir sıra rəngarəng tədbirlər təşkil olunur. Bundan əlavə, BMT-nin müxtəlif ölkələrdəki ofisləri və agentlikləri də Çin dilinin və Çin mədəniyyətinin cazibəsini vurğulamaq üçün sərgilər, mühazirələr, maraqlı viktorinalar keçirirlər.


Son statistikaya görə, Çin dili dünyada ən çox yayılan dil hesab olunur. Ümumilikdə 38 əyalətdə 1 milyard 350 milyon insan Çin dilində danışır. Çin dilinin qan, hakka, huizhou, cinyu, mandarin, min bei, min donq, min nan, min zhong pu-xian, Wu, xiang və yue kimi fərqli ləhcələri var. Ən çox istifadə olunan ləhcə isə mandarindir.

 

Firuzə Əliyeva

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla