AZ

Məşhur müğənninin obsesif fanatı həbs edildi - FOTO

Britaniyalı müğənni Harri Staylsın uzun müddətdir ona problem yaradan obsesif qadın pərəstişkarı həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, bir aydan az müddətdə 8 mindən çox məktub göndərərək sənətçiyə sataşdığı iddia edilən 35 yaşlı Myra Karvalyo 14 həftə həbs cəzasına məhkum edilib. 

Evli olan Myranın ailəsinin xəbəri olmadan evi tərk etdiyi və məhkəmədə 30 yaşlı müğənniyə qarşı "cinsi istəyi olduğunu dilə gətirdiyi" ifadə edilib.

Qeyd edək ki, Karvalyonun Harri Staylsın çıxış etdiyi tədbirlərdə iştirakına qadağa qoyulub.

Günel Məlikzadə

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla