AZ

Qəzzada son 24 saatda 37 fələstinli həlak oldu


Son 24 saat ərzində ən azı 37 nəfər İsrailin Qəzza zolağında şəhər və qəsəbələrə hücumlarının qurbanı olub, daha 68 nəfər isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“İsrail təcavüzünün 197-ci günündə ölənlərin sayı 34 012-dən 34 049-a, yaralananların sayı isə 76 833-dən 76 901-ə yüksəlib”, - məlumatda bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, anklavın şiddətli döyüşlərin getdiyi 4 rayonunda hələ də dağıntılar altında qalanlar var. Güclü yanğınla əlaqədar xilasedicilər və həkinlər hələ də onlara çata bilmirlər.
Seçilən
89
40
Mənbələr
Şərh ()
Bağla