AZ

Rusiyalı sərhədçilər Tavuşdakı postları tərk edəcək - Paşinyan

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı sərhədçilərinTavuşdakı postları tərk edəcəyini bildirib.

Trend erməniKİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərədeyib.

"Vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bu, bütün istiqamətlərdəəksini tapmalıdır. Bu, o deməkdir ki, bizdə cəbhə xətti deyil,sərhəd var. Sərhəd isə sülh rəmzidir. Bu isə o deməkdir ki,Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə qarşılıqlıfəaliyyət göstərərək, sərhədin mühafizəsini təmin edə biləcəklər",-o deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasındasərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşzamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndininAzərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xatırladaq ki, bu yaxında sosial şəbəkələrdə Rusiya sülhməramlıkontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxmasıprosesini əks etdirən kadrlar yayılıb. Bir qədər sonra Rusiyaprezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlıkontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşənXudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəngmonastrını Azərbaycan polisi mühafizə edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla