AZ

Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?

"Forbes"in dünyanın ən varlı adamları haqqında illik siyahısı həmişə böyük maraqla qarşılanır. Bir qayda olaraq, bura 30 yaşdan yuxarı varlı kişilər daxil olur. 30 yaşdan aşağı insanların yer alması demək olar ki, qeyri-mümkün bir işdir, çünki əksəriyyətinin arxasında onları yeni nailiyyətlərə ruhlandıran bir ilham qaynağı var. Ən gənc milyarderlərin siyahısı isə bir başqadır. Orada gənc "dahilər, milyarderlər, pleyboylar və xeyriyyəçilər" uğurlarının zirvəsinə yüksəlir və çox vaxt tək-tənha yaşayırlar. İtalyan Klemente del Vekkio buna əyani sübutdur.

Publika.az oxucuları Klemente del Vekkionun həyatı ilə tanış edir.

Bu 19 yaşlı oğlan yenidən dünyanın ən gənc milyarderlərinin siyahısında başçılıq etdi. Gəncin ürəyi boş olmasına baxmayaraq, o, bir insanla görüşmək üçün ictimaiyyət qarşısına çıxmağa tam hazır deyilmiş kimi görünür. Bu zəngin adam "parlamağı" sevmir və internetdə onun fotolarını tapmaq demək olar ki, mümkünsüzdür.

Gənc Leonardo del Vekkionun oğludur. 1960-cı ildə iş adamı özünün eynək çərçivəsi biznesini qurdu. Daha sonra İtaliyanın şimalındakı Aqordo şəhərində "Luxottica" şirkətinin əsasını qoydu və biznesi yavaş-yavaş böyütdü. Nəticədə, Del Vekkionun ideyası optik və gün eynəklərinin aparıcı istehsalçısına çevrildi. 1990-cı illərin sonunda "Luxottica" Amerika brendi olan "Ray-Ban"ı aldı və bununla da gəlirlərini daha da artırdı.

Leonardo 2022-ci il iyunun 27-də 87 yaşında Milan yaxınlığında avtomobil qəzasında vəfat edib. Ölümü zamanı onun sərvəti 24,8 milyard dollar qiymətləndirilirdi ki, bunun da 4,7 milyard dolları oğlu Klementeyə miras qalıb. Bu gözlənilməz xəbərlərdən sonra gənc milyarder bir çox xəbər gündəmində yer alsa da, hələ də ulduz statusunun tələb etdiyi qədər özünü ictimaiyyətə göstərməyə tələsmir. Və burada söhbət gəncin utancaqlığı və ya özünü ictimai həyata həsr etmək istəməməsi deyil, daha çox kölgədə qalmaq kimi arzusu ilə izah olunur. Leonardo bir neçə səbəbdən oğlunu hələ kiçik yaşlarından ictimaiyyətdən diqqətlə qoruyurdu. Birincisi, Del Vekkio quldurların hər an oğlunu qaçıra biləcəyindən qorxaraq ailəsinin təhlükəsizliyindən narahat idi. İkincisi, Klemente sahibkarın qeyri-qanuni övladı idi. Təbii ki, bir vaxtlar bu hekayə böyük səs-küyə səbəb olmuşdu və o, bunun yenidən gündəmə gətirilməsindən məmnun deyildi.

Gənc milyarderin anası Sabina Qrossi, karyerasına Leonardonun şirkətində başlamışdı. Qadın ondan 30 yaş kiçik idi, lakin bu, cütlüyün münasibət qurmağa başlamasına mane olmadı. Sabina “Luxottica”nın top menecerlərindən biri idi və yeni investorların cəlb edilməsinə cavabdeh idi. Daha sonra o, direktorlar şurasında yer tutdu. 2001-ci ildə qadın del Vekkiodan Lukanı, üç ildən sonra isə Klemente adlı oğlunu dünyaya gətirdi. Onlar heç vaxt münasibətlərini rəsmiləşdirmədilər və 2010-cu ildə tamamilə ayrıldılar.

Ümumilikdə italyan maqnatının üç fərqli qadından altı uşağı var. Maraqlıdır ki, onlardan ikisi “Forbes” reytinqinə daxil ola bilib, lakin yaşlarına görə qardaşlarından aşağı yerdədirlər. Hər bir varisə atalarından təxminən 3,5 milyard dollar miras qalıb, həmçinin yaxta, biznes təyyarəsi, gəmi marinası, Milanda bir mənzil, Kot d'Azurdakı villa və Karib dənizindəki adalardan birində bir ev aralarında bölüşdürülüb.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla