İdman
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün "Zirə"nin qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçuları - Emil Balayev və Azər Salahlı bu görüşdə iştirak etməyəcək.
Balayev zədəli, Salahlı isə cəzalı olduğu üçün matçda oynamayacaq.
"Zirə" - "Neftçi" görüşünə saat 19:00-da start veriləcək.