AZ

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Çində

Bakı, 20 aprel, AZƏRTAC

Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası bazar günü Çinin Qinqdao şəhərində işə başlayacaq.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, dörd gün davam edəcək iclasda 29 ölkədən 180-dən çox nümayəndənin iştirakı gözlənilir. Qeyd olunur ki, Qərbi Sakit okean dəniz simpoziumu müxtəlif ölkələrin hərbi-dəniz qüvvələrinin kommunikasiyaya qoşulmaq, qarşılıqlı etimadı artırmaq və əməkdaşlığı dərinləşdirmək üçün mühüm platformaya çevrilib.

Çin 2014-cü ildə 14-cü toplantıya da ev sahibliyi edib. Bildirilir ki, ÇXR donanması qlobal və regional dəniz idarəçiliyini təşviq etmək, dəniz təhlükəsizliyi riskləri və çağırışları ilə mübarizə aparmaq, ortaq gələcəyi olan dəniz icmasını formalaşdırmaq üçün həmkarları ilə birlikdə işləməyə hazırdır.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla