AZ

Müğənni Cavanşir Məmmədov VƏFAT ETDİ

Tanınmış müğənni, Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Modern.az xəbər verir ki, sənət yoldaşları bu gün qəfil vəfat edən müğənninin ölüm səbəbinin ürəktutması olduğunu bildiriblər.

Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. Atası, respublikanın Əməkdar artisti İrşad Məmmədov dəf çalan olub. Cavanşir Məmmədov 1973-cü ildən qarmonda ifa etməklə sənətə gəlib. 1987-cü ildən isə qarmon çalmağa son qoyaraq, müğənni kimi fəaliyyət göstərməyə başlayıb. 

2005-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib.

Allah rəhmət eləsin.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla