AZ

“İrəvan və Bakı ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll etdilər” – Paşinyan


“Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll etdilər”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində delimitasiya ilə bağlı razılaşmanı şərh edərkən bildirib.
“Mən istəməzdim ki, baş verənləri lazım olandan çox qiymətləndirək, amma mən eyni zamanda istəməzdim ki, baş verənləri lazım olandan az qiymətləndirək. Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll etdilər”, - Paşinyan bildirib.
Qeyd edək ki, keçən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Seçilən
35
50
Mənbələr
Şərh ()
Bağla