AZ

Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi danışıqlar masası arxasında həll edib

Ermənistan və Azərbaycan ilk dəfə problemi danışıqlar masası arxasında həll edib.

 

Oxu24.com   xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

 

O, baş verənləri şişirtmək istəmədiyini bildirib: “Amma eyni zamanda bunu qiymətləndirməmək də olmaz”.

 

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

 

Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Seçilən
11
50
Mənbələr
Şərh ()
Bağla