AZ

Premyer Liqa: Autsayder liderə, “Zirə” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı çempionluğu bir neçə tur öncə təmin etmiş lider “Qarabağ”la autsayder “Qəbələ” arasında keçiriləcək. Kaxaber Sxadadzenin gəlişindən bəri qələbəyə həsrət olan Qəbələnin eyniadlı təmsilçisi ölkənin ən güclü komandası ilə oyunda sürprizə imza atmağa çalışacaq. Ötən tur “Sabah”a uduzmuş Ağdam təmsilçisi isə həmin məğlubiyyəti unutdurmaq arzusundadır.

“Qarabağ”la “Qəbələ” indiyə qədər 61 oyunda üz-üzə gəliblər. Bu oyunlarda ağdamlılar 36, qəbələlilər 10 qələbə qazanıblar, 10 görüş isə bərabərliklə yekunlaşıb. “Qarabağ” son 9 oyunda qalib gəlib. “Qəbələ” 23 matçdır bu rəqibi ilə oyunlarda qələbə qazanmır.

Günün digər matçı daha prinsipial xarakter daşıyır. Söhbət avrokuboklara vəsiqə uğrunda yarışan “Zirə” ilə “Neftçi”nin oyunundan gedir. Son turlarda uğurlu qrafik cızan bu komandalardan “Neftçi” 47 xalla 3-cü, “Zirə” isə 46 xalla 4-cü pillədə qərarlaşıb. Bu komandaların 6 xallıq görüşündə kimin sevinəcəyi böyük maraqla gözlənilir. Mümkün heç-heçə avrokuboklara vəsiqə arzusunda olan “Sumqayıt” və “Sabah”a daha çox sərf edəcək.

“Zirə” ilə “Neftçi” indiyə qədər 33 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə hər iki komanda 12 qələbə qazanıb, 9 görüş heç-heçə yekunlaşıb. “Neftçi” 7 matçdır meydanı qolsuz tərk etmir. “Zirə” 7 oyundur bu rəqibinə qalıb gəlmir.

Premyer Liqa
31-ci tur
19 aprel

“Turan Tovuz” – “Sumqayıt” 1:4
Qollar: Otto Con, 51-pen – Şəhriyar Əliyev, 16-öz qapısına. Erik Sorqa, 24. Səbuhi Abdullazadə, 88. Cordan Rezabala, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 16:30.

20 aprel

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:30.

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

21 aprel

“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 16:30.

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mərdəkan. “Dalğa Arena” 19:00.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla