AZ

Ətrafında 200 metr radiusda mitinqlərin keçirilməsi qadağan edilən binaların siyahısı dəyişdi

Bakı. Trend:

“Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların,mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağanedilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarınınyerləşdiyi binaların siyahısı”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir ƏliƏsədov imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası PrezidentininTəhlükəsizlik Xidmətinin inzibati binası, Azərbaycan RespublikasıXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinininzibati binası və Azərbaycan Respublikası Strateji ObyektlərinMühafizəsi Dövlət Agentliyinin inzibati binası ətrafında 200 metrradius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin vəküçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən binalarınsiyahısına daxil edilib.

Seçilən
77
5
Mənbələr
Şərh ()
Bağla