AZ

Zakir Həsənov Quru Qoşunlarının rəhbər heyətini topladı (VİDEO)

Bakı. Trend:

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə nazirigeneral-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirəkeçirilib. Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunlarınkomandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarınınidarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirakediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi,ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəliksükutla yad edilib.

Trend xəbər verir ki, müdafiə naziri Azərbaycan RespublikasınınPrezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlhamƏliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirəiştirakçılarına çatdırıb.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcudəməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlərvə hərbi intizamın vəziyyəti təhlil edilib.
Nazir hərbi hissələrin xidməti-döyüş fəaliyyətinintəkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüştapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunmasıbarədə müvafiq göstərişlər verib.

Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyiaparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədənşəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusidiqqət yetirilməsinin vacibliyi çatdırılıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası iləErmənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyasıprosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təminedilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədəzəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısındakonkret tapşırıqlar qoyub.

Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqətiyerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlıkontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasınındaşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiqgöstərişlər verib.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinəyetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeydolunub.

Seçilən
17
15
Mənbələr
Şərh ()
Bağla