AZ

Türkmənistanda dövlət qulluqçularından prezidentin bioqrafiyası soruşulur

Türkmənistanda attestasiya zamanı dövlət qurumlarının əməkdaşlarından əsasən prezidentin və onun qohumlarının tərcümeyi-halı barədə soruşurlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu il Aşqabadda Nəqliyyat və Rabitə Agentliyinin, Səhiyyə və Tibb Sənayesi Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və “Türkmənneft” konserninin əməkdaşları attestasiyadan keçirilib.

Bu qurumların əməkdaşlarına sertifikatlaşdırma ilə bağlı xəbərdarlıq edilib və tarix açıqlanıb. İnsanlar peşələri, iş vəzifələri ilə bağlı suallara hazırlaşıblar. Xüsusilə də diplom alıb öz ixtisasını bilməyənləri narahat olublar.

Lakin imtahan götürənlər onların peşəkar bilikləri ilə yox, prezident Serdar Berdiməhəmmədovun tərcümeyi-halına dair bilgiləri ilə maraqlanıblar. Qulluqçulardan prezidentin harada doğulduğu, hansı ixtisas üzrə təhsil aldığı, hansı vəzifələrdə çalışdı soruşulub. Bundan başqa, prezidentin ailəsinin məşhur üzvləri və yazdığı kitabların məzmunu haqqında da danışmaq tələb olunub.

Dövlət qulluqçularının heç də hamısı bu attestasiyadan keçməyib. İmtahan götürənlər onların vəzifəsini ya aşağı salmaqla, ya da maaşlarını kəsməklə hədələyiblər. İndi qulluqçular yenidən sertifikatlaşdırma üçün müraciət etməli, imtahana yaxşı hazırlaşmalıdırlar.

Musavat.com

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla