AZ

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə edilir. 


Sfera.az bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, ötən ilin sonunda bankda 1,052 milyard manat dəyərində depozit olub. Bu ilin birinci rübünün sonunda depozitlərin həcmi 86 milyon manat azalaraq 965 milyon manat olub. 


Bankda olan depozitlərin çox hissəsi fiziki şəxslərə məxsusdur. Rüb ərzində fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manatdan 809,6 milyon manata geriləyib. 
Eyni dinamika hüquqi şəxslərin depozitlərində də baş verib. Üç ay ərzində hüquqi şəxslərin depozitlərinin həcmi 209 milyon manatdan 156 milyon manata enib. 
Depozitlərin azalması bankın öhdəliklərinin və aktivlərinin də azalmasına səbəb olub. Rüb ərzində bankın öhdəliklərinin həcmi təxminən 35 milyon manat azalaraq 1,22 milyard manat, aktivlərin həcmi isə 18 milyon manat azalaraq 1,374 milyard manat olub. 


Vasif

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla