AZ

Ölkə xaos içində: Bələdiyyə sədrləri bir-bir öldürülür

Ekvadorda son üç gündə silahlı hücumlar nəticəsində iki bələdiyyə sədri həlak olub.

Teleqraf.com xəbər verir ki, El Oro əyalətinin Portovelo şəhərinin bələdiyyə sədri Xorxe Moldonadoya silahlı hücum edilib.

Xəstəxanaya aparılan Moldonadonun həyatını xilas etmək mümkün olmayıb. O, son üç gündə öldürülən ikinci bələdiyyə sədridir.

Aprelin 17-də Ande əyalətinin Azuay şəhərinin bələdiyyə sədri Kamilo Ponse Enrikes də silahlı hücumda həlak olub.

Hər iki bələdiyyə sədri qanunsuz mədənçiliklə məşğul olan cinayətkar dəstələr tərəfindən öldürülüb.

Ekvadorun San Visente şəhərinin bələdiyyə sədri Bricit Qarsiya və şəhər bələdiyyəsinin şöbə direktoru Xayro Lor martın 25-də sui-qəsd nəticəsində həyatını itirib. Ölkənin ən gənc bələdiyyə başçısı olan 26 yaşlı Qarsiya və Lor avtomobildə ölü tapılıb.

Bir müddətdir təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvadorda “Fito” ləqəbli dəstə başçısı və bir neçə məhbusun həbsxanadan qaçması və polis maşınlarına bombalı hücumların təşkilindən sonra yanvarın 9-da fövqəladə vəziyyət elan edilmişdi. Fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu sayda polis əməkdaşını qaçıraraq maşınlarını yandırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
75
Mənbələr
Şərh ()
Bağla