AZ

Türkiyədə tarixi bina yanır - Foto

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.

Axar.az xəbər verir ki, şəhərin Karakaş məhəlləsində yerləşən və kafe kimi istifadə edilən iki mərtəbəli bina Osmanlı dövrünə aiddir.

Yanan binanın yaxınlığında yerləşən dörd mərtəbəli yaşayış binasının sakinləri təxliyə olunub.

Yanğına müdaxilə davam edir.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla