AZ

Serb müfəttiş Tovuzda qüsurlar tapdı

UEFA-nın stadionlar üzrə müfəttişi Neboyşa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olub.

4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib. Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub. Bəs İvkoviçin əsas iradları nə ilə bağlı oldu? Bu sualı “Turan Tovuz”un idman və əməlliyat üzrə direktoru Səməd Nəsibova ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Stadionu UEFA tələblərinə uyğunlaşdırmaqla bağlı baxış oldu. Etiraf etmək lazımdı ki, stadionda bir çox çatışmazlıq var. Ancaq həll edilməyəcək, düzəldilməyəcək məsələlər deyil. Yəqin ki, ən azı 2-ci kateqoriya ala biləcəyik. Düşünürəm ki, 3-cü kateqoriya üçün gələn ilə qədər işlərimizi tamamlayacayıq” .

ƏSƏD SEYİDOV
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla