AZ

Bağdad yaxınlığındakı hərbi bazada partlayış baş verib

 Bağdad yaxınlığındakı Kalsu hərbi bazasında partlayış baş verib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Dəqiqləşdirilir ki, Babil əyalətində, 50 kilometr cənubda yerləşən obyekt Əl-Həşd əş-Şaabi qüvvələri tərəfindən istifadə olunur. Nəşrin məlumatına görə, bazaya hava zərbəsi endirilib.

“France Presse” agentliyi İraq Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən, hücumda bir nəfərin öldüyünü, 8 nəfərin yaralandığını qeyd edib. O da qeyd olunur ki, hücumun arxasında kimin olduğu hələlik məlum deyil.

Havar Şəfiyeva

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla