AZ

Ançelottini ağladan ayrılıq

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in futbolçusu Karlos Kasemiro "Real"dan ayrılmasından danışıb.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Madrid klubundan ayrılarkən duyğulu anlar yaşandığını bildirib. O, Karlo Ançelotti ilə bu barədə danışanda baş məşqçisinin ağladığını deyib:

"Mən yalnız bir dəfə "Mançester Yunayted"ə keçməyimə şübhə etmişəm. Yadımdadır, cümə günü günorta idi və "Mançester Yunayted"lə yalnız müqavilə imzalamağım qalmışdı. Ançelotti ilə danışmağa getdim. Otağına girib ona tərəf dönəndə Ançelottinin ağladığını gördüm.  Mənə dedi: "Kase, niyə ağladığımı bilmirəm, amma səni çox sevirəm və getməyini istəmirəm".  Mən orada baş məşqçimin məni nə qədər çox sevdiyini anladım, amma artıq qərarımı vermişdim və mənim sözüm hər şeydən önəmlidir”.

Qeyd edək ki, 2013-cü ildən "Real"da çıxış edən Kasemiro 2022-ci ildə "Mançester Yunayted"ə keçib.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla