AZ

Bernardo Silvaya daha bir "elçi"

"Mançester Siti"nin futbolçusu Bernardo Silva karyerasını PSJ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Fransa klubu portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.

29 yaşlı futbolçu İngiltərə klubundan ayrılmağa müsbət yanaşır. Onunla PSJ ilə "Barselona" maraqlanır. Silva mövsümün sonunda gələcəyi ilə bağlı qərarını verəcək.

Portuqaliyalı futbolçu bu mövsüm 41 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla