AZ

Koray Avcı Bakıda konsert verdi

Dünən Heydər Əliyev Sarayında Türkiyənin tanınmış müğənnisi Koray Avcının möhtəşəm konserti baş tutub.
 
Moderator.az xəbər verir ki, İfaçı repertuarında Sara Qədimovanın səsləndirdiyi "Küsüb getdi"  Azərbaycan mahnısına da yer verib.
 
Məşhur sənətçi Koray Avcı bir sıra populyar mahnıların ifaçısıdır. O Türkiyə ilə yanaşı, xarici ölkələrdə, eləcə də ölkəmizdə böyük tamaşaçı kütləsi olan sənətçilərdəndir.
 
Qeyd edək ki, sözügedən konsertin təşkilatçılığı "Event Office" tərəfindən həyata keçirilib.

 

 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla