AZ

BVF-dən Türkiyə ilə bağlı BƏYANAT

Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer Türkiyədəki islahat proqramını dəstəklədiklərini ifadə edərək "BVF-nin Türkiyəyə dəstək proqramı ilə bağlı heç bir müzakirə aparılmır" deyib.

Publika.az xəbər verir ki, BVF - Dünya Bankının Bahar Görüşləri çərçivəsində Avropa regionu iqtisadiyyatlarına dair mətbuat konfransı keçirilib.

Türkiyə iqtisadiyyatı ilə bağlı suala cavabında Kammer, ötən ilin ortalarında Türkiyədə siyasət dəyişikliyi gördüklərini, monetar tərəfdə ciddi sərtləşmə olduğunu, o cümlədən zəlzələ səbəbindən artan xərcləri qarşıladıqlarını vurğulayıb.

Bu istiqamətdə müəyyən uğurlar gördüklərini ifadə edən Kammer, dezinflyasiya tərəfində uğurun uzun zaman alacağını bildirib:"Ancaq bu siyasət mühiti sayəsində Türkiyə iqtisadiyyatına qarşı zəifliklər azaldı".

Kammer Türkiyədə yeni BVF proqramına ehtiyac və bu mövzuda Türkiyə rəsmiləri ilə müzakirələr olub-olmaması ilə bağlı suala cavab verib:

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla