AZ

TƏCİLİ! 4 kənddən sonrakı HƏDƏFİMİZ AÇIQLANDI, Qərbdən ilginc REAKSİYALAR - CANLI

Analitik Elxan Şahinoğluya görə, Cənubi Qafqazda yeni mərhələ başlayır. Musavat.com xəbər verir ki, ekspertin fikrincə, 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurnası fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir.

Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistan Baş nazir Nikol Paşinyanın dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq”
Ermənistanın Tavuş vilayətinin bir neçə sərhəd kəndinin sakinləri isə İrəvan-Tiflis magistral yolunu (İcevan və Noyemberyan arasındakı hissədə) bağlayıblar. Ermənilər sərhədin delimitasiyası ilə bağlı əldə edilmiş razılığa etiraz edirlər. Etirazçılar vilayətin qubernatoru Hayk Qalumyanla görüş tələb edirlər. Bu barədə “Sputnik Ermənistan”a aksiya iştirakçılarından biri məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə rayon polis idarəsinin nümayəndələri gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da yolda sıxlığın qarşısını almaq üçün izdihamdan bir neçə kilometr aralıda magistral yolu bağlayıblar.

“Biz Azərbaycan və Ermənistanın iki ölkə arasında sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq”. ABŞ dövlət katibi Entoni Blinken isə "X" hesabında bildirib.

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”. Bunu da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar "X" hesabında bildirib. "Bu gün Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər oldu. Aİ danışıqlar prosesini, hərtərəfli və dayanıqlı həll hədəfini tam dəstəkləyir", Klaar bildirib.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını hüquqşünas, siyasi şərhçi Polad Mehdiyev cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
81
17
Mənbələr
Şərh ()
Bağla