AZ

ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq

Qazaxıstanın paytaxtı Astanada aprelin 26-da Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
“ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirliklərinin rəhbərlərinin, təşkilatın baş katibi, Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru və Belarus Respublikasının müdafiə nazirinin gəlişi gözlənilir”, - məlumatda deyilir.
 
Qeyd edək ki, iyulun 3-4-də Astanada ŞƏT-ə üzv dövlətlərin başçılarının növbəti sammiti keçiriləcək. Sammit “Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişaf” mövzusuna həsr olunacaq.
 
 
Seçilən
79
3
Mənbələr
Şərh ()
Bağla