AZ

"Real" bu müdafiəçini alır

“Real Madrid” mövsümün sonunda klubu tərk edəcək Naço Fernandezin yerinə yeni müdafiəçi alacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Xose Feliks Diazın sosial şəbəkələrdə yazdığına görə, “Real” Naçonun mümkün gedişini əvvəlcədən görüb, ona görə də onlar artıq “Lill”in müdafiəçisi Leni Yoronu imzalamaq üçün işə başlayıblar. Los Blankos 18 yaşlı oyunçu üçün PSJ ilə mübarizə aparmalı olacaq, lakin fransızın özü “Real”da oynamaq istəyir.

Xatırladaq ki, Naço “Real Madrid”in yetirməsidir. Tərkibində bütün turnirlərdə 355 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Mərkəz müdafiəçisi bu mövsüm bütün yarışlarda 36 oyun keçirib və qol vurmayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.

Seçilən
154
22
Mənbələr
Şərh ()
Bağla