AZ

İran İsraillə gərginliyə getmək niyyətində deyil – Abdullahian

Bakı. Trend:

İsrail tərəfi yeni addım atmadığı halda, İran İsrailləgərginliyə getmək niyyətində deyil.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri HüseynƏmir Abdullahian verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, lakin İsrail İranın mənafeyinə qarşı addımatarsa, İranın növbəti cavabı dərhal və maksimum şəkildəolacaq.

İranlı nazir 19 aprel gecə saatlarında İsrailin İrana hücumetməsi ilə əlaqədar yayılan xəbərlərə cavab olaraq bildirib ki,ötən gecə baş verən hadisədə heç bir hücum yox idi.

"İsfahan şəhərində vurulan kvadrokopterlər elə şəhərin özündənhavaya qaldırılıb. Bu kvadrokopterlər oyuncaq həddində idi. Həminkvadrokopterlərdən İranda uşaqlar istifadə edirlər.

İranın İsrailə raket və PUA hücumuna gəldikdə, İran sadəcəxəbərdarlıq etmək istəyirdi. İran Hayfa, Təl-Əvivi, İsrailin bütünlimanlarını vura bilərdi. Lakin İran Dəməşqdəki səfirlik binasınahücumda istifadə olunan iki hərbi bazanı hədəf aldı. İran özmənafeyi və milli təhlükəsizliyini müdafiə etmək üçün iradəyə sahibolduğunu dünyaya nümayiş etdirmək istəyirdi”, - deyə o qeydedib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vədəməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavabolaraq həyata keçirildiyi bildirilib. Bu, iki ölkə arasında ilkbirbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatınbaşa çatdığını elan edib.

Əlavə edək ki, 19 apreldə İran tərəfi bildirib ki, yerli vaxtlatəxminən 03:00-da pilotsuz uçuş aparatları İsfahan üzərindəmüşahidə edilib. Bundan sonra hava hücumundan müdafiə sistemi işəsalınıb və "onları göydə məhv edib".

Seçilən
125
33
Mənbələr
Şərh ()
Bağla