AZ

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan

Bakı, 20 aprel, AZƏRTAC

Bu gün Qafqaz Albaniyası tarixinin zəngin elmi irsinin öyrənilməsi çox vacibdir. Çünki bu tarix min illik dövrü özündə əks etdirir. Qazaxıstanda müasir tədqiqatçılar Qafqaz Albaniyası tarixini öyrənirlər. Hökumətin dəstəyi ilə rus, ingilis dillərində materiallar hazırlanmaqdadır. Azərbaycanlı tarixçilər qazaxıstanlı tarixçilərlə birgə iki ölkə arasında tarix assosiasiyasını yaratmaq niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix və Etnologiya İnstitutunun baş direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Ziyabek Kabuldinov “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI Beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, son illər həm Azərbaycanın, həm də Qazaxıstanın elmi sahəyə büdcədən ayrılan vəsaiti artırdıqlarını diqqətə çatdırıb. Bildirib ki, Qazaxıstanda bu yaxınlarda qəbul edilmiş yeni qanuna əsasən alimlərə elmi işlərini aparması üçün böyük dəstək veriləcək, onlara yaradıcı məzuniyyətlərə çıxmağa imkan yaradılacaq.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla