AZ

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

Aprelin 19-da, saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə,tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssam Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər.

Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edir. Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər.

Qeyd edək ki, tamaşa Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək "Uşaqlar XXI əsrdə" I Beynəlxalq Uşaq Teatrları - İT Festivalı üçün hazırlanıb.

Seçilən
83
5
Mənbələr
Şərh ()
Bağla