AZ

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

I

Bakı, 20 aprel, AZƏRTAC

Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən I Türk Dövlətləri Kardioloji Qurultayında deyib.

O qeyd edib ki, Qurultayda təmsil olunan ölkələrin tibb mütəxəssisləri, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlar ilə əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır. “Qurultay kardiologiya sahəsində tibbin ən son yeniliklərinə dair məlumatlarla tanış olacağınıza və ölkə vətəndaşlarının sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş faydalı biliklər əldə edəcəyinizə zəmin yaradır”, - deyə nazir əlavə edib.

Sonda səhiyyə naziri Qurultayın təşkilinin ənənə halını almasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsi təklifini irəli sürüb.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla