AZ

Ölkə bu olaydan danışır: Tarixi proses davam edərkən məhkəmə önündə özünü yandırdı – FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2016-cı il prezident seçkiləri zamanı münasibətdə olduğu kinoaktrisa qadına “susmaq haqqı” ödənilməsi ilə bağlı açılan məhkəmə prosesi Nyu-Yorkda davam edir.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü Manhetten Cinayət Məhkəməsi qarşısında bir nəfərin özünü yandırdığı bildirilib.

“Tarixi” olaraq xarakterizə edilən hadisə ilə əlaqədar televiziya kanallarının yayımlandığı hadisə yerində olan şahidlər, şəxsin əvvəlcə havaya vərəqə atdığını, daha sonra konserv qutusundan çıxardığı yandırıcı maddə ilə özünü yandırdığını bildirib.

Şahidlərin dediyinə görə, kişi “bir neçə dəqiqə” içində yanıb. Ətrafdakı polis qrupları alovlar içində yerdə yatan adama yanğınsöndürənlərlə müdaxilə etdi.

Nyu-York Presviterian xəstəxanasına aparılan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Özünü yandıran şəxsin 1987-ci il təvəllüdlü Florida sakini Maksvel Azzarello olduğu müəyyən edilib.

Nyu-York polisi istintaqın ilkin mərhələlərində Azzarellonun öz fikirləri ilə bu hərəkətə sövq edən “sui-qəsd nəzəriyyəçisi” olduğuna inanır. Yanğından bir qədər əvvəl yayılan sosial media qeydləri və ifrat sağçı ekstremistlərə istinad edən vərəqələr bu qənaətə gəlməyə əsas verir.

Polis həmçinin bildirib ki, şəxs özünü yandırarkən heç bir şəxsi və ya konkret qrupu hədəf almayıb.

Səlahiyyətlilər həmçinin Azzarellonun bu həftənin əvvəlində Nyu-Yorka gəldiyini və ailəsinin onun şəhərə gəlişindən xəbərsiz olduğunu bildiriblər.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla