AZ

ABŞ-dən İsrailə bir milyardlıq HƏRBİ YARDIM

ABŞ İsrailə 1 milyard dollarlıq hərbi yardım göstərməyi düşünür.

NOCOMMENT.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Co Bayden hökuməti Təl-Əvivi 1 milyard dollardan çox dəyərində silahlarla təchiz etməyi planlaşdırır.

Məlumata görə, ABŞ hökuməti İranla gərginlik fonunda İsrailə bu dəstəyi göstərmək niyyətindədir.

Qeyd edək ki, ABŞ-nin hərbi yardımı Qəzzada hərbi əməliyyatların başlamasından bəri ən böyük yardım paketlərindən biri olacaq. Bu paketə tank sursatları, minaatanlar, hərbi maşınlar daxildir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla