AZ

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb

ABŞ
ABŞ dövlət katibi Antoni Blinken Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunmasını alqışlayır. 1news.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq. Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - Blinken qeyd edib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Seçilən
99
14
Mənbələr
Şərh ()
Bağla