AZ

Azərbaycan İranın ən çox motosiklet və ehtiyat hissələri ixrac etdiyi ölkələr arasında

Bakı. Trend:

Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın motosikletvə ehtiyat hissələri ixracı öncəki illə (21 mart 2022 -20 mart2023) müqayisədə 12,5% artıb.

Trend-in məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyənazirinin müavini və Gömrük Administrasiyasının baş direktoruMəhəmməd Rezvanifər deyib.

Onun sözlərinə görə, ötən İran ilində İran 8,63 milyon dollardəyərində motosiklet və ehtiyat hissələri ixrac edib. Motosiklet vəehtiyat hissələri, əsasən, İraq, Əfqanıstan və Azərbaycana ixracolunub.

Rezvanifər deyib ki, ötən İran ilində İran təxminən 133 milyondollar dəyərində avtomobil və ehtiyat hissələri ixrac edib. Bu daöncəki illə müqayisədə 25,2% artımın olduğunu göstərir.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasınaəsasən, ötən İran ilində İranın qeyri-neft məhsul ixracı 49,3milyard dollar dəyərində 136 milyon tondan çox təşkil edib. İranınqeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından8,87% azalıb, çəki baxımından 9,82% artıb.

Seçilən
78
4
Mənbələr
Şərh ()
Bağla