AZ

ABŞ Çini ittiham edir: Ukraynada müharibəni qızışdırır

ABŞ

Çinin dəstəyi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirməsinə təkan verir.

Reyting.az
-ın xəbərinə görə, bunu ABŞ dövlət katibi Blinken deyib.

İtaliyanın Kapri adasında G7 diplomatiyası rəhbərlərinin görüşündən sonra o, Pekini dolayı yolla Ukraynada müharibəni qızışdırmaqda ittiham edib. Söhbət Rusiya müdafiə sənayesi üçün komponentlərin tədarükündən gedir.

“Bu, Rusiyaya Ukraynaya qarşı təcavüzünü davam etdirməyə imkan verir”, - Blinken jurnalistlərə deyib.

Xatırladaq ki, daha əvvəl mediada Blinkenin NATO müttəfiqlərinə Çinin Rusiyaya ABŞ üçün “narahatlıq doğuran” miqyasda kömək etdiyini söylədiyini bildirmişdi.

ELÇİN
Seçilən
109
Mənbələr
Şərh ()
Bağla