AZ

İbrahim Tatlısəsin oğlundan atası ilə bağlı müəmmalı açıqlama

İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasındakı ədavət səngimir.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tatlısəsin oğlu atasının psixi vəziyyətinin yerində olmadığını bildirib.

Əhməd Tatlısəs bunu sübuta yetirmək üçün atasının əqli səviyyəsi ilə bağlı hesabat hazırlatdırdığını açıqlayıb.

Xatırladaq ki, İbrahim Tatlısəs əvvəlcə oğlunun onu təhdid etdiyini iddia edərək şikayətçi olmuşdu. Bundan sonra o, yenə "Tatlıses" brendindən icazəsiz istifadə etdiyi üçün oğlunu məhkəməyə vermişdi.

Seçilən
24
4
Mənbələr
Şərh ()
Bağla