AZ

"Səba" ASC yeni şirkət yaradır - TOPLANTI

21 may 2024-cü il tarixdə saat 15:00-da "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
1. "Səba"ASC-nin tək təsisçiliyi ilə təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan yeni hüquqi şəxsin yaradılması haqqında;
1.1. Hüquqi şəxsin təsis edilməsi haqqında;
1.2. Hüquqi şəxsin hüquqi ünvanının müəyyən edilməsi haqqında;
1.3. Hüquqi şəxsin nizamnamə kapitalının, o cümlədən nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin (nizamnamə kapitalındakı mayaların) dəyərinin təsdiq edilməsi haqqında;
1.4.  Hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında;
1.5. Hüquqi şəxsin icra orqanı haqqında;
1.6. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması haqqında.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 12 404 44 41;

Seçilən
163
9
Mənbələr
Şərh ()
Bağla